08 May 2024
Putinin gəncliyində çəkildiyi filmlər: “İjor batalyonu” və “Blokada” + VİDEO

Putinin gəncliyində çəkildiyi filmlər: “İjor batalyonu” və “Blokada” + VİDEO

31 May 2022
Baxış: 339

1970-ci illərdə Vladimir Putin “Lenfilm”in bir neçə filmində kaskadyor kimi çəkilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya mediası V. Putinin çəkiliş meydançasındakı həmkarlarına istinadən xəbər yayıblar.

Gələcək prezident məşqçi Anatoli Raxlinin sambo (sonradan cüdo) seksiyasında tanış olduğu dostu Arkadi Rotenberqlə filmlərdə rol alıb. Onlar hər ikisi idman ustası olub və yarışlarda birgə iştirak ediblər.

1950-ci illərdə güləşçi – Anatoli Raxlinin məşqçisi Aleksandr Massarski “Lenfilm”də tryuk çəkilişləri üzrə məsləhətçi təyin olunur. Anatoli Raxlin sonradan Putinin məşqçisi və “Turbostroitel” klubunun seksiyasının rəhbəri olur. “Lenfilm”də tamhüquqlu kaskadyorlar komandası olmadığı üçün çəkilişlərə idmançılar cəlb olunub. Belə ki, Raxlin “Prezidentin senseyi” adlı bioqrafiyasında yüzdən çox filmdə oynadığını yazıb.

Vladimir Putin və Vasili Şestakov məşq zamanı. 1971-ci il (Foto: EPA)

Rotenberq “İjor batalyonu” (“İjorskiy batalyon”) filmində ikinci dərəcəli rol almağa nail olur. O, çəkilişin iştirakçısı Pyotr Tarxanovun sözlərinə görə, müdafiəni tutan sadə İjor fəhləsi rolunu oynayıb. Həmin filmdə Putinin digər tanışı, Dövlət Dumasının keçmiş deputatı, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov da rol alıb.

Şestakov bildirib ki, Putin “İjor batalyonu”nun çəkilişlərində kaskadyor kimi iştirak edib. “Biz onunla “Blokada” və “İjor batalyonu”nda rol aldıq”, - deyə Şestakov bildirib. Onun sözlərinə görə, hər ikisinin iştirak etdiyi üçüncü film var də idi, lakin o, adını xatırlaya bilmir.

Arkadi Rotenberq (soldan dördüncü)

“Kiminlə oynamaq bizim üçün fərq etmirdi”, - deyə Şestakov bildirib. “Həmin vaxt bunun üçün bizə çox yaxşı pul verilirdi. Biz tələbə idik, amma məsələn, “Qafqaz” restoranına gedə bilirdik. Əgər onsuz da orada mənim mühəndis maaşım 110 rubl idisə, çəkiliş gedəndə gündə 75 rubl alırdım. Yəni, bu qədər cəlbedici pul idi”, - Şestakov əlavə edib.

Digər keçmiş güləşçi Nikolay Vaşilin də Putinin “Lenfilm”də kaskadyor olduğunu təsdiqləyib. Vaşilin də Raxlinlə məşğul olub, sonra studiyada tryuklar üzrə quruluşçu olub (xüsusən də “D'Artanyan və üç muşketyor” filmində).

Arkadi Rotenberq (solda), Vasili Şestakov (mərkəzdə)

“Onları “Blokada” epopeyası kimi çəkilişlərə çağırmışdılar. Vilayət partiya komitəsinin 10 min nəfərlik kütləni təmin etməklə bağlı əmri var idi. Və bütün tələbələr, hərbi məktəblər, idman cəmiyyətləri insanları xüsusi sığınacağa gətirilirdi. Sadəcə kütləyə 3 rubl, biz isə bir çəkiliş günü üçün 10 rubl ödəyirdilər. Buna görə də biz bunu çox sevməyə başladıq”, - deyə Vaşilin bildirib.

(teleqraf.com)