14 May 2024
Putinin “futbol xuliqanları”ndan ibarət yeni ordusu İFŞA EDİLDİ

Putinin “futbol xuliqanları”ndan ibarət yeni ordusu İFŞA EDİLDİ

01 Dekabr 2022
Baxış: 319

Rusiya prezidenti Vladimir Putinin “yeni ordusu” ifşa edilib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Məlum olub ki, cəbhədə böyük itkilər verən rus ordusu futbol xuliqanlarından ibarət yeni ordu formalaşdırıb.

Paytaxt Moskvadan 200 kilometr kənarda yerləşən Tuladan görüntülər isə sosial mediada və Rusiyanın yerli mətbuatında yer alıb. Qəzetin xəbərinə əsasən, görüntülərdə yeni əsgərlərin döyüş üçün təlim keçdiyi görünüb.

Qeyd olunub ki, “FC Tula Arsenal” klubunda oynayan futbol xuliqanları Rusiyanın Tula şəhərindəki 106-cı hava-desant diviziyasında məşq edir.

Bu görüntülər qısa zamanda dünya gündəmində səs-küy yaradıb. Paralel olaraq isə Rusiyadan NATO-ya təhdid dolu xəbərdarlıq gəlib. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev alyansın Ukraynaya “Patriot” raket batareyaları tədarük edəcəyi halda, NATO-nun Rusiya ordusunun hədəfinə çevriləcəyini açıqlayıb.

“Əgər NATO Kiyevdəki fanatiklərə şəxsi heyəti və “Patriot” sistemini göndərsə, onlar dərhal silahlı qüvvələrimizin hədəfinə çevriləcək”, - Mevvedev söyləyib.(sfera.az)