09 May 2024
"Putinin əmri ilə tezliklə Kiyevə HÜCUM EDƏCƏYİK" - RAMZAN KADIROV

"Putinin əmri ilə tezliklə Kiyevə HÜCUM EDƏCƏYİK" - RAMZAN KADIROV

11 Aprel 2022
Baxış: 660

Putinin əmri ilə Kiyevə qarşı hücum əməliyyatı keçiriləcək.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında bildirib. O deyib ki, Rusiya Federasiyasının silahlı qüvvələri Kiyev istiqamətinə hücum edəcək. Bu hücum Ukraynanın paytaxtını işğal etmək üçün yox, şəhəri neonasistlərdən azad etmək üçün olacaq.

“Hədəflər qeyd olunub, vəzifələr aydındır. Biz konkret işləməyə başlayırıq və işimiz təkcə Mariupolda olmayacaq. Biz LDXR-i tamamilə, sonra qalan şəhərləri, o cümlədən Kiyevi azad edəcəyik. Lakin məqsəd şəhərləri almaq deyil, banderaçıları, nasistləri və şeytanları məhv etməkdir”, – deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri Rusiya ordusunun Kiyev və Çerniqov istiqamətindən geri çəkilməsini “xoşməramlı jest” adlandırıb və bunun yanlış şərh olunduğunu deyib.

“Bir çoxları rus ordusunun Kiyevdən uzaqlaşması ilə bağlı suallar verir. Deməli, Kiyev alınmayacaq. Guya Rusiya Kiyevi Ukraynaya güzəşt edir. Sizi inandırıram, bir addım belə geri çəkilməyəcəyik. Hərbi strategiyada belə məqamlar var. Düşmənlərimiz xoşməramlılıq jestini səhv başa düşüblər. Rusiya Federasiyasının Ali Baş Komandanının və Silahlı Qüvvələrinin birmənalı mövqelərini bildiyimə görə, sizi əmin edə bilərəm ki, əgər Kiyev bizim Ali Baş Komandanımızın təklif etdiyi bütün öhdəliklərə tam əməl etməsə, müharibə dayanmayacaq”, – deyə Kadırov qeyd edib.

O, Buçadakı qətliamı Ukrayna ordusunun törətdiyini deyib və hadisəni “qeyri-insani” adlandırıb. O, bir daha Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini Rusiya Silahlı Qüvvələrinin tərəfinə keçməyə çağırıb.

  • “Ukrayna xalqına arzu edirəm ki, ağlı başına gəlsin. Biz bir neçə nəfəri əsir götürdük. Onlara bir şüşə su, bir tikə çörək və avtomat verib döyüşə göndərdilər. Heç utanmırsınız? Sizə 8 il ərzində hər şey verilib, pul, silah, hər şey var, amma bu gün öz xalqınıza işgəncə verirsiniz. Ukraynalı hərbçilərdən bir daha xahiş edirəm: indi yaxşı olar ki, rus ordusunun yanında olub öz gözəl dövlətinizi bu pis ruhlardan tez təmizləyin. Görürsünüz, müharibədən sonra nələr baş verir. Kiyevi, Xarkovu və digər şəhərləri məhv etməyə imkan verməyin. Bu, sizin səlahiyyətinizdədir. Kişi olun. İstəsəniz də, istəməsəniz də qarşımıza qoyulan tapşırıq 100% yerinə yetiriləcək”, – deyə Kadırov yekunlaşdırıb.