09 May 2024
Putin yenidən prezident seçildi – 87 faiz…

Putin yenidən prezident seçildi – 87 faiz…

18 Mart 2024
Baxış: 372

Rusiyada keçirilən prezident seçkilərində təşkil olunan “exit-poll” nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, VTsIOM və FOM şirkətləri “exit-poll” keçirib.

Nəticələrə görə, namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin 87%-dən çox səs toplayıb.

Digər namizədlərdən Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) – 4,6%, Leonid Slutski (LDPR) – 3,0%, Vladislav Davankov (Yeni insanlar) – 2,5% səs qazanıb.

Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 24,4%-nin hesablanmasından sonra bildirib ki, Vladimir Putin 87,97% səslə qalibdir.

Bu nəticələrə əsasən Putin yenidən Rusiyanın prezidenti seçilib .