14 May 2024
Putin İran Prezidentini namaza görə 10 dəqiqə gözləyib - FOTO

Putin İran Prezidentini namaza görə 10 dəqiqə gözləyib - FOTO

26 Yanvar 2022
Baxış: 439

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkə prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri zamanı rus həmkarı Vladimir Putin tərəfindən hörmətsizcəsinə qarşılanması barədə söz-söhbətlərə münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, o, Rəisinin görüş zamanı namaz qıldığı müddətdə Rusiya liderinin gözləməli olduğunu deyib:

“Bu barədə qarşı tərəfə öncədən xəbər verilmişdi və İran Prezidenti digər otaqda namaz qılarkən V.Putin görüş otağında 10 dəqiqə gözləməli oldu”.

Qeyd edək ki, bəzi təhlilçilər V.Putinin iranlı həmkarını diplomatik etiketlərə uyğun olaraq qarşılamamasını, müzakirə masası əvəzinə yemək masasında oturulmasını İrana qarşı təhqir sayırlar.