10 May 2024
Putin altı ilə nə qədər pul qazanıb? – Məbləğ

Putin altı ilə nə qədər pul qazanıb? – Məbləğ

30 Yanvar 2024
Baxış: 422

Rusiya Prezidenti Vladimir Putinin son 6 il ərzində gəlirləri 67 milyon 591 875 rubl (təqribən 755 min dollar) təşkil edib.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Rusiyada prezidentliyə namizəd kimi qeydə alınan Putinin ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.

Bəyannamədə Putinin sahib olduğu əmlak olaraq Sankt-Peterburqda 77 kvadrat metr sahəsi olan 1 mənzil və 18 kvadrat metrlik 1 qaraj, 3 minik avtomobili də qeyd olunub.

Bununla yanaşı, Rusiya liderinin banklarda 10 hesabı mövcuddur.