14 May 2024
Prokurorluq Göyçayda məktəb direktoru müavininin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb

Prokurorluq Göyçayda məktəb direktoru müavininin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb

30 Avqust 2021
Baxış: 338

Prokurorluq Göyçayda məktəb direktorunun müavininin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb.

Göyçay Rayon Prokurorluğundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: