12 May 2024
"Prezidentin sərəncamını yüksək qiymətləndirirəm" - SOCAR prezidentliyindən azad edilən Rövnəq Abdullayev

"Prezidentin sərəncamını yüksək qiymətləndirirəm" - SOCAR prezidentliyindən azad edilən Rövnəq Abdullayev

10 Fevral 2022
Baxış: 506

Bu gün Prezident İlham Əliyev Rövnəq Abdullayevi SOCAR prezidenti vəzifəsindən azad edərək iqtisadiyyat nazirinin müavini təyin edib.

AJMEDİA.İNFO xəbər verir ki, sözügedən sərəncamla bağlı Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev "Unikal"a açıqlama verib:

"Cənab Prezident İlham Əliyev məni Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edərək, iqtisadiyyat nazirinin müavini təyin edib. Prezidentin sözügedən sərəncamını yüksək qiymətləndirirəm. Buradakı işimə yeni təyin olunduğum üçün geniş açıqlama verə bilməyəcəm".

Qeyd edək ki, R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti idi.