08 May 2024
Prezidentin icra başçısı təyin etdiyi Elgin Həbibullayev kimdir? - DOSYE

Prezidentin icra başçısı təyin etdiyi Elgin Həbibullayev kimdir? - DOSYE

18 Fevral 2022
Baxış: 1258

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam imzalayıb.

AJMEDİA.İNFO Musavat.com-a istinadən Elgin Həbibullayevin dosyesini təqdim edir.

E.Həbibullayev icra başçısı təyin olunanadək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olub. Bundan əvvəl isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov komandasında Gəncə və Sumqayıt şəhərlərində çalışıb.

Belə ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə Elgün Həbibullayev başçının köməkçisi olub.

Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman isə E.Həbibullayevi əvvəlcə özünə köməkçi, sonra müavin təyin edib.

O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.