12 May 2024
Prezidentdən KRİTİK QƏRAR - 26 naziri vəzifəsindən AZAD ETDİ

Prezidentdən KRİTİK QƏRAR - 26 naziri vəzifəsindən AZAD ETDİ

13 İyul 2022
Baxış: 479

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 26 naziri vəzifəsindən azad edib.

AJMEDİA.İNFO xəbər verir ki, Türkmənistan Prezidenti Serdar Berdıməhəmmədov hökumətdə dəyişiklik edib. O, 26-dan çox naziri işdən çıxarıb və dəyişib.

İxtisarlar iyulun 8-də Nazirlər Kabinetinin geniş iclasında rəsmilərin ölkənin iqtisadi artımı barədə məlumat verdikdən sonra baş tutub.

Prezidentin əmri ilə işdən çıxarılanlar arasında baş nazirin təhsil, elm, səhiyyə, idman, gənclər və sosial müdafiə məsələləri üzrə müavini Sapardurdı Toylyev və Nazirlər Kabineti sədrinin iqtisadi, bank və beynəlxalq maliyyə təşkilatları üzrə müavini Muhammetquly Muxammedov da var.

Türkmənistan Elmlər Akademiyasının prezidenti olan Sapardurdı Toylyevin işdən çıxarılmasının səbəbləri açıqlanmır. Rəsmi nəşr onun başqa işə keçdiyini bildirsə də, yeni vəzifəsi dəqiqləşdirilməyib.

Serdar Berdymhammedov prezident kimi and içdikdən bir neçə gün sonra, martın 25-də Məhəmmədqulu Məhəmmədov baş nazirin müavini vəzifəsinə təyin edilib. Bu vəzifəyə təyin olunmazdan əvvəl ölkənin iqtisadi, bank və beynəlxalq maliyyə qurumlarına rəhbərlik edib.

Prezident həmçinin Türkmənistanın Avstriya, Yaponiya, Belçika, Fransa, Türkiyə, Azərbaycan, Ukrayna və Cənubi Koreyadakı səfirlərini də yeniləyib.(konkret.az)