10 May 2024
Prezident Vahid Hacıyevə yüksək VƏZİFƏ VERDİ

Prezident Vahid Hacıyevə yüksək VƏZİFƏ VERDİ

13 Mart 2024
Baxış: 320

Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı ləğv edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.