15 May 2024
Prezident İlham Əliyev: Atəşkəs sazişinin vasitəçisi Rusiya olub

Prezident İlham Əliyev: Atəşkəs sazişinin vasitəçisi Rusiya olub

02 Avqust 2023
Baxış: 496

“Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Rusiyanın və Qərbin vasitçiliyinə dair suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu: “Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.