10 May 2024
Pompeo gələn həftə İsrail və BƏƏ-yə səfər edəcək

Pompeo gələn həftə İsrail və BƏƏ-yə səfər edəcək

23 Avqust 2020
Baxış: 1304

ABŞ dövlət katibi Mayk Pompeo avqustun 24-də İsrailə, ondan bir gün sonra isə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

AJM xəbər verir ki, bu barədə “Reuters” özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Yerusəlimdəki danışıqların mövzusu İsrail dövləti ilə BƏƏ arasında münasibətlərin normallaşdırılmasından ibarət olacaq.

Tərəflər, həmçinin İran və Çini müzakirə edəcəklər.

Teqlər: Pompeo