15 May 2024
Pol Merson onları YIXIB-SÜRÜDÜ: “İkisi bir Salah ola bilməz” – FOTO

Pol Merson onları YIXIB-SÜRÜDÜ: “İkisi bir Salah ola bilməz” – FOTO

23 Yanvar 2024
Baxış: 270

“Arsenal”ın keçmiş futbolçusu Pol Merson bu mövsüm çempionluq titulu uğrundakı mübarizədən danışıb.


AJMEDİA.İNFO xəbər verir ki, o, komandanın hücumçuları - Qabriel Jesus və Eddi Nketiyanı “Liverpul”un hücumçusu Məhəmməd Salahla müqayisə edib:


“Düşünürəm ki, “Arsenal” hələ də çempionluq uğrunda mübarizə aparır. Ötən gün əla nəticə əldə etdilər. Amma Jesus və Nketiya Salah qədər qol vura bilməzlər.
Salah hücumun sağ cinahında oynayır. Bu, "Liverpul" üçün böyük üstünlükdür. Arsenal oyunçuları son vaxtlar oynadıqları kimi oynamağa davam etsələr, titul uğrunda hələ çox mübarizə aparacaqlar”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 21 turundan sonra turnir cədvəlinə 48 xalla "Liverpul" başçılıq edir. "Arsenal" “qırmızılar”dan 5 xal geridə - üçüncü yerdə qərar tutub.(Sfera.az)