09 May 2024
“Pfizer”lə bağlı qorxunc iddia: həyatımız təhlükədədir...

“Pfizer”lə bağlı qorxunc iddia: həyatımız təhlükədədir...

13 İyun 2023
Baxış: 417

Türkiyəli alimlər Özlem Türeci və Uğur Şahin tərəfindən Almaniyada qurulan “BioNTech” şirkəti məhkəməyə verilib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, şirkətə qarşı qaldırılan iddiada istehsal etdikləri koronavirusa qarşı peyvəndin insan orqanizminə zərər verdiyi bildirilir. İddia ilə məhkəməyə Almaniyada tibb sahəsində çalışan və adı açıqlanmayan bir qadın müraciət edib. Səhiyyə işçisinin peyvənd olunduqdan sonra ürək ritminin pozulması və beynində problemlərin ortaya çıxdığı vurğulanıb. O, şirkətdən 150 min avro təzminat istəyir. “BioNTech” isə bildirir ki, peyvəndin qadının orqanizmindəki dəyişikliklərlə heç bir əlaqəsi yoxdur. Şirkət qeyd edib ki, məhkəməyə müraciət edən tərəflər qeyd olunan yan təsirlərin peyvənddən qaynaqlandığını sübut edə bilməyiblər. Məsələ ilə bağlı məhkəmənin sabah baş tutacağı gözlənilir.

Teqlər: koronavirus