10 May 2024
“Pentaqon israillilərə kömək üçün zabitlər göndərib” - “The New York Times”

“Pentaqon israillilərə kömək üçün zabitlər göndərib” - “The New York Times”

24 Oktyabr 2023
Baxış: 372

İsrailin quru əməliyyatına nə vaxt başlayacağı sualı dünya mediasının əsas gündəminə çevrilib.

AJMEDİA.İNFO-nun məlumatına görə, “The New York Times” qəzeti yazıb ki, Vaşinqton İsrailin belə bir əməliyyata hazır olmadığını düşünür. Digər tərəfdən, Pentaqonun israillilərə kömək etmək üçün zabitlər göndərdiyi iddia olunub.

“Pentaqon general-leytenant Ceyms Qlinni digər zabitlərlə birlikdə israillilərə şəhər müharibəsinin çətinliklərində kömək etmək üçün göndərib”, deyə qəzet yazıb.

“The Times of Israel”in məlumatına görə, sözügedən ABŞ generalı İŞİD-ə qarşı xüsusi əməliyyat qüvvələrinə rəhbərlik edib: “Onun İraqın Fəllucə şəhərində ən şiddətli şəhər döyüşlərində xidmətləri olub”.

Məlumat mətbuatda yayılandan saatlar sonra Vaşinqton açıqlama verməli olub. Bildirilib ki, general Qlinnin təyinatı Pentaqonun İsrail adından qərarlar qəbul etməsi demək deyil.(Sfera.az)