09 May 2024
Pensiyaların verilməsi ilə bağlı YENİLİK - Deputatdan AÇIQLAMA

Pensiyaların verilməsi ilə bağlı YENİLİK - Deputatdan AÇIQLAMA

29 Dekabr 2022
Baxış: 459

Azərbaycan Prezidenti İlham Əliyev dünən “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib.

Maraqlıdır, yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı danışan deputat Vüqar Bayramov pensiya amnistiyasının uzadıldığını deyib:

"Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Dünən təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır".

Millət vəkili ən kiçik məbləğ kapitalı olan vətəndaşların da pensiya ala biləcəyini qeyd edib:

"Mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o, staj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".