10 May 2024
Pensiyaçıların NƏZƏRİNƏ! - Ölkə üzrə pensiyaların ödəniləcəyi vaxt AÇIQLANDI

Pensiyaçıların NƏZƏRİNƏ! - Ölkə üzrə pensiyaların ödəniləcəyi vaxt AÇIQLANDI

13 Dekabr 2021
Baxış: 618

Respublika üzrə bütün pensiyaların ödəniləcəyi vaxt açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.