10 May 2024
Pensiyaçılar 200 manatlıq yardımı nə vaxt alacaqlar? - RƏSMİ AÇIQLAMA

Pensiyaçılar 200 manatlıq yardımı nə vaxt alacaqlar? - RƏSMİ AÇIQLAMA

08 Fevral 2022
Baxış: 511

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım veriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, sözügedən yardımın nə vaxt veriləcəyi açıqlanıb. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək.

Bu həftə ərzində yeni artımlarla birgə pensiyaların ödənişinə başlanacağı bildirilir.

Qeyd edək ki, yeni sərəncam COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir.