09 May 2024
Pensiya ödənişləri niyə gecikir, nə vaxt veriləcək? - Nazirlikdən AÇIQLAMA

Pensiya ödənişləri niyə gecikir, nə vaxt veriləcək? - Nazirlikdən AÇIQLAMA

13 Fevral 2023
Baxış: 405

Ölkə ərazisində fevral ayının pensiyalarının gecikdiyi iddia edilir. Bu barədə çoxsaylı müraciətlər daxil olub.

Bildirilir ki, ötən ayın və bu ayın pensiya artımının cəm məbləği artıq bazada görünür. Lakin hələ ki, pensiya karta köçürülməyib.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, nazirlik pensiya ödənişlərini edib.

Məbləğin karta köçürülməsi isə bank prosedurudur. Ehtimal edilir ki, yaxın saatlarda pensiyalar tam ödəniləcək.