01 May 2024
Pensiya alanların DİQQƏTİNƏ!: "Yaxın günlərdə..." - RƏSMİ

Pensiya alanların DİQQƏTİNƏ!: "Yaxın günlərdə..." - RƏSMİ

09 Aprel 2024
Baxış: 314

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Nazirlikdən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.