14 May 2024
Pekin Olimpiadasında qonaqlara robotlar xidmət edir - VİDEO

Pekin Olimpiadasında qonaqlara robotlar xidmət edir - VİDEO

02 Fevral 2022
Baxış: 414

Fevralın 4-dən 20-dək Çində Qış Olimpiya Oyunları keçiriləcək.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, Pekində təşkil olunacaq bu beynəlxalq yarışda təşkilatçılar robotların xidmətindən istifadə etməyə başlayıblar.

Artıq Pekin Olimpiadasının əsas media mərkəzinin yemək zalında robotlar yemək paylamağa başlayıb. Bununla da təşkilatçılar koronavirus infeksiyasının yayılması təhlükəsini azaltmağa çalışdıqlarını bildiriblər.

Bildirilir ki, robotlar təkcə yemək gətirmir, həm də qabları təmizləyirlər.