15 May 2024
Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: "Əminəm, amma təfərrüata varmayacağam"

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: "Əminəm, amma təfərrüata varmayacağam"

22 Fevral 2024
Baxış: 304

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq tədbirlər görəcək.

AJMEDİA.İNFO konkret.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində baş nazirin müavini Mher Qriqoryan Ermənistan Respublikasının rəsmi reaksiyasının necə olacağı və bu insidentlə bağlı hansı addımların atılacağı sualına cavab verərkən deyib.

"Əminəm ki, tədbirlər olacaq, amma indi təfərrüata varmayacağam, çünki bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalıdır, o cümlədən hüquq-mühafizə orqanlarından olan həmkarlarımızla", - Qriqoryan bildirib.

O əlavə edib ki, rəsmi reaksiyanı gözləmək lazımdır.