08 May 2024
Partlayış dalğası yanğınsöndürəni bir neçə metr kənara atdı - VİDEO

Partlayış dalğası yanğınsöndürəni bir neçə metr kənara atdı - VİDEO

11 Dekabr 2021
Baxış: 689

Qarajı söndürərkən qəfil baş verən partlayışın dalğası yanğınsöndürəni bir neçə metr kənara atsa da, o, sərbəst şəkildə ayağa duraraq işinə davam edir. Görüntülər Rusiyanın Yakutsk şəhərindəndir.

Kadrlar dəhşətli görünsə də gəncə zərər dəymədiyi bildirilir. Görüntüləri görən bir çox sosial şəbəkə istifadəçisi bunu təəccüblə qarşılasa da, RF Fövqəladə Hallar Nazirliyindən bu hal adi qarşılanıb. Qurumdan verilən məlumata görə yanğınsöndürənlərin xidməti geyimi məhz belə zərbələr üçün nəzərdə tutulub və gəncin hərəkətində qəribə heç nə yoxdur.

“Yanğınsöndürənlərimizin xüsusi forması var, bizim üçün bu, həqiqətən də gündəlik həyatdır. Təbii ki, hər şey ola bilər, heç kim partlayışdan sığortalanmayıb, bunu proqnozlaşdırmaq mümkün deyil”, - deyə nazirlik hadisə ilə bağlı şərh verib.