15 May 2024
“Parlamentin 120 üzvindən 99-u Fələstinin tanınmasının əleyhinə səs verdi”

“Parlamentin 120 üzvindən 99-u Fələstinin tanınmasının əleyhinə səs verdi”

22 Fevral 2024
Baxış: 373

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail parlamentinin İsrail Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasına dair “diktat”ı rədd edən qərarını təsdiq etməsini alqışlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb.
“Parlament səs çoxluğu ilə tarixi qərarda mənim təklifimi dəstəklədi. 120 üzvdən 99-u Fələstin dövlətinin birtərəfli tanınmasının əleyhinə səs verdi. Bu qətiyyətli mövqe dünyaya güclü siqnal göndərir: İsrailin sülh və təhlükəsizliyinə nail olunacaq. Birtərəfli hərəkətlə deyil, danışıqlar yolu ilə”, - Netanyahu bildirib.
Netanyahu qeyd edib ki, bu səsvermə onların kollektiv qətiyyətini vurğulayır:
“Biz 7 oktyabr qırğınına cavab olaraq terroru birtərəfli tanınma ilə mükafatlandırmayacağıq və tətbiq edilmiş qərarları qəbul etməyəcəyik. Bu gün biz həmişəkindən daha çox birləşmişik”.