01 May 2024
“Oskar” mərasimində GƏRGİNLİK: Məşhur ulduz xanımını lağa qoyan aparıcını vurdu - VİDEO

“Oskar” mərasimində GƏRGİNLİK: Məşhur ulduz xanımını lağa qoyan aparıcını vurdu - VİDEO

28 Mart 2022
Baxış: 753

Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimi baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, canlı yayımlanan tədbirdə gərgin anlar yaşanıb.

Buna səbəb aparıcı Kris Rokun aktyor Uill Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pikett-Smiti “Əsgər Ceyn” adlandırması olub.

Bunu eşidən U. Smit tamaşaçı zalından səhnəyə qalxıb və aparıcıya şillə vurub. Həmin an səs itib, lakin kameralar baş verənləri lentə alıb. K. Rok baş verənləri zarafata çevirməyə çalışıb.

Bir qədər sonra “Ən yaxşı kişi rolu” mükafatını almaq üçün səhnəyə çıxan U. Smit öz hərəkətinə görə üzr istəyib və qeyd edib ki, həyatda ailəni müdafiə etmək vacibdir.

Həmin görüntüləri təqdim edirik:

Teqlər: Uill Smit