Cavid Qurbanovun oğlu yüksək vəzifədən AZAD EDİLDİ
2 dəqiqə əvvəlOperativ Qərargah VACİB MƏLUMAT YAYDI - SON DƏQİQƏ!
17 Oktyabr 2022
Baxış: 320
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, son sutka ərzində vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 247 nəfər müalicə olunaraq sağalıb, 9 932 nəfər vəfat edib, aktiv xəstə sayı 438 nəfərdir.
Ölkədə son sutka ərzində 1 458, hazırkı dövrədək isə 7 290 601 test aparılıb.