12 May 2024
"Onu deyən başından böyük..." - Bayram Səfərov ƏSƏBİLƏŞDİ

"Onu deyən başından böyük..." - Bayram Səfərov ƏSƏBİLƏŞDİ

16 Dekabr 2021
Baxış: 519

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat yerləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri icra başçısı Bayram Səfərovun səhhətində problem yarandığını iddia ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə B.Səfərov “Unikal”a açıqlama verib:

“Vəziyyətim yaxşıdır. Səhhətimdə hər hansı bir problem yoxdur. Hazırda məzuniyyətdəyəm. Nə bilirsiniz ki, tədbir keçirilməyib? Onu deyən başından böyük səhv edir”.