14 May 2024
"Omoniya"nın baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Omoniya"nın baş məşqçisi: "Qarabağ" əla komandadır"

24 Noyabr 2021
Baxış: 690

"Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

Norveçli mütəxəssis bildirib ki, komandasının əlavə motivasiyaya ehtiyacı yoxdur. "Güclü komandayıq, yaxşı azarkeş dəstəyimiz var. Nikoasiyadakı matçın ilk 5 dəqiqəsi bizim üçün çox yaxşı keçmişdi. "Qarabağ"ın qrupda 1 və ya 2-ci yeri tutacağını bilirik. "Qarabağ" əla komandadır. Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq".

52 yaşlı baş məşqçinin sözlərinə görə, "Omoniya" üçün hər bir oyun vacibdir: "Daha öncə qarşımıza qrup mərhələsinə vəsiqə qazanmağı məqsəd qoymuşduq. Buna da nail olduq. İndiki məqamda ölkə çempionatı bizim üçün daha önəmlidir. Bununla belə, sabahkı matça barmaqarası yanaşmayacağıq. Evdə İsveçrə "Bazel"inə qarşı yaxşı çıxış etmişdik. Düzdür, bu oyun daha çətin olacaq. Amma meydana uduzmaq üçün çıxmayacağıq".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Teqlər: UEFA