12 May 2024
Ölkəmizdə müsəlmanların qeyd etdiyi Ramazan ayı İslam təqvimində ən mərhəmətli və müqəddəs ay hesab olunur - David Seliverstov

Ölkəmizdə müsəlmanların qeyd etdiyi Ramazan ayı İslam təqvimində ən mərhəmətli və müqəddəs ay hesab olunur - David Seliverstov

10 Mart 2024
Baxış: 452

"Azərbaycanda başqa din və dinlərə mənsub insanlar öz adət-ənənələrini qoruyaraq müqəddəs bayramları qeyd edə bilirlər. Azərbaycanda yaşayan katoliklərin və pravoslav xristianlar Pasxa bayramını, yəhudilər Purim, Yom Kipur eləcədə digər bayramlarını yüksək əhval-ruhiyyədə qeyd etmələri faktdır. Ölkəmizdə bütün dindarların hüquq və azadlıqlarının bərabər şəkildə müdafiə olunduğunu bir daha nümayiş etdirir.

Müsəlmanların müqəddəs Ramazan bayramı ilə əlaqədar AJMEDİA.İNFO-a fikirlərini bölüşən “Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstov - Ölkəmizdə müsəlmanların qeyd etdiyi Ramazan ayı İslam təqvimində ən mərhəmətli və müqəddəs ay hesab olunduğunu, İslamın əsas şərtlərindən hesab edildiyini qeyd edib.

O, Müsəlmanların bu ayda oruc tutduqlarını, onları Allaha yaxınlaşdıran, onların mənəvi sağlamlığını və nizam-intizamını gücləndirən bir ibadət olduğunu bildirib.

"Ramazan mədəni maarifləndirmə, həmrəylik və qarşılıqlı fəaliyyət, səbir və mədəniyyətlərarası dialoqa təşviq ayıdır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər. Xüsusilə, 30 illik işğaldan sonra doğma Qarabağımızın işğaldan azad edilməsi Azərbaycanda yaşayan bütün dindarlar üçün stimul olacaq insanlar bu il bayramları yüksək əhval-ruhiyyə ilə qeyd edəcəklər”.

Bir daha ölkəmizdə və bütün dünya müsəlmanlarının Müqəddəs Ramazan bayramı münasibətiylə təbrik edirəm.

Bütün dinlərin ibadətləri tək bir olan Allaha edildiyi kimi, hər birimizin Tanrısı birdir!