14 May 2024
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

12 Avqust 2022
Baxış: 415

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 674, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 378, üç və daha çox doza vaksin vurduranların sayı 3 350 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 781 təşkil edir.