14 May 2024
Olaf Şolts: "Almaniya Rusiya neft-qazının asılılığından xilas oldu"

Olaf Şolts: "Almaniya Rusiya neft-qazının asılılığından xilas oldu"

16 Mart 2023
Baxış: 259

"Almaniya Rusiyadan təbii qaz və neft idxalından xilas olub".

Bunu Almaniya Kansleri Olaf Şolts bildirib.

O, son 8 ayda görülən tədbirlər nəticəsində Rusiyadan idxal etdikləri təbii qaz və neft asılılığından qurtulduqlarını vurğulayıb.

Almaniya Kansleri bir müddət əvvəl bildirmişdi ki, iqtisadiyyatı sabitləşdirmək və əhalinin artan elektrik enerjisinin qiymətlərindən az ziyanla çıxması üçün ümumilikdə 300 milyard avro xərcləyiblər.