14 May 2024
Oğurluq general Hikmət Mirzəyevin yaxın qohumunun evində baş verib - RƏSMİ

Oğurluq general Hikmət Mirzəyevin yaxın qohumunun evində baş verib - RƏSMİ

13 Dekabr 2021
Baxış: 1022

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi məlumatı təkzib etmişdi.