08 May 2024
Oğlunu 30 min dollara satmaq istədi - HƏBS EDİLDİ

Oğlunu 30 min dollara satmaq istədi - HƏBS EDİLDİ

15 Dekabr 2021
Baxış: 533

İraqın paytaxtı Bağdadda üç yaşlı oğlunu 30 min dollara satmağa cəhd edən şəxsə 10 il həbs cəzası verilib. Bu barədə xarici KİV-lər məlumat yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, həmin şəxs dostlarından biri ilə əlaqə saxlayıb və üç yaşlı oğlunu övladlığa götürmək üçün 30 min dollara almasını istəyib. O, hüquq-mühafizə orqanları tərəfindən cinayət yerində saxlanılıb.

Bağdad rayonlarından biri olan Əl-Rəsəfa Cinayət Məhkəməsi cinayətkarı on il müddətinə azadlıqdan məhrum edib.(virtualaz.org)