13 May 2024
Nyu Cersidə sinaqoqa hücum: ilk təfərrüatlar

Nyu Cersidə sinaqoqa hücum: ilk təfərrüatlar

30 Yanvar 2023
Baxış: 307

Bazar günü səhər, yanvarın 29-da ABŞ-ın Nyu Cersi ştatında naməlum maskalı şəxs sinaqoqa “Molotov kokteyli” atıb.

AJMEDİA.İNFO xəbər verir ki, polis hücum nəticəsində bölgədəki sinaqoqlarda patrul xidmətini gücləndirəcəklərini bildirib.

Ner Tamid sinaqoqunun kənarında quraşdırılan müşahidə kameraları şübhəlinin səhər saat 3:19-da yaxınlaşdığını qeyd edib. Həmin şəxs “Molotov kokteyli” yandıraraq onu binanın qapısına atıb və hadisə yerindən qaçıb. Şüşə zərbədən sındıb, lakin binaya heç bir ziyan dəyməyib.

Blomfieldən təxminən 8 mil qərbdə yerləşən Livinqston polisi hücum nəticəsində bölgədəki sinaqoqlarda patrul xidmətini gücləndirəcəklərini bildirib.

“Biz cəmiyyətimizin təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edirik və edəcəyik. Kameralar hadisəni çəkdi və sınmayan qapılarımız dayandı”, - ravvin Mark Katzar açıqlamasında bildirib.


Nəsimi Əbilov