15 May 2024
Nüsrət müsəlmanları aldadıb?

Nüsrət müsəlmanları aldadıb?

17 Noyabr 2021
Baxış: 454

Özünəməxsus formada duz səpmə hərəkətilə “Salt Bae” ləqəbini almış tanınmış aşpaz Nüsrət Gökçə məhkəməyə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, Vaxtilə onun Nyu-Yorkdakı restoranında çalışan Angelo Maher və Elizabet Kruz aşpaza qarşı iddia qaldırıblar.

Onlar Latın Amerika mənşəli olduqları üçün ayrıseçkiliyə məruz qaldıqlarını bəyan ediblər.

Maher rəhbərliyin təkidilə ətin halal olmasıyla bağlı müştərilərə dəfələrlə yalan danışmalı olduğunu, Kruz isə az qala hər gün ondan qısa ətək və sinəsi açıq geyimdə işə gəlməsinin tələb edildiyini bildirib.