15 May 2024
"Nikosayağı"nın qəzasında ölən Ruslan DƏFN EDİLDİ - FOTO

"Nikosayağı"nın qəzasında ölən Ruslan DƏFN EDİLDİ - FOTO

16 Avqust 2023
Baxış: 407

Xəbər verdiyimiz kimi, tanınmış bloger Nicat Şakirli Heydər Əliyev prospektində ağır qəzaya düşüb. Qəza nəticəsində Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib.

AJMEDİA.İNFO xəbər verir ki, qəzada həyatını itirən gəncin Gəncədəki evinin qarşısında yas mərasimi təşkil olunub. Hal hazırda dəfn mərasimi keçirilir. O, Gəncə şəhərində dəfn olunub.

Xatırladaq ki, həyatını itirən gənc Azərbaycan diasporunun tanınmış simalarından Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.