15 May 2024
“Nikosayağı”nın 6 il həbsi TƏLƏB EDİLDİ - Məhkəmə zalında dərhal... + VİDEO

“Nikosayağı”nın 6 il həbsi TƏLƏB EDİLDİ - Məhkəmə zalında dərhal... + VİDEO

29 Fevral 2024
Baxış: 392

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə istintaqı tamamlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror N.Şakirlinin sərxoş vəziyyətdə yol qəzası törətməkdə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il azadlıqdan məhrum edilməsini tələb edib.

Çıxışda qeyd edilib ki, sərbəst mühakimə edilən bloger məhkəmə zalında dərhal həbs edilməlidir.

Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Blogerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.(Qafqazinfo)