10 May 2024
Nikol Paşinyan: “İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm”

Nikol Paşinyan: “İqtisadiyyat nazirinə istefa verməyi qadağan etmişəm”

19 Yanvar 2022
Baxış: 409

Ermənistanın baş naziri Nikol Paşinyan iqtisadiyyat naziri Vahan Kerobyana istefa verməyi qadağan edib. Bunu parlamentdəki hökumət saatında hökumət başçısının özü deyib.

AJMEDİA.İNFO xəbər verir ki, “Cənab Kerobyana istefa verməyi qadağan edən mən olmuşam. Hər bir nazir və hökumət üzvünün nə qədər işləyib-işləməyəcəyinə mən qərar verəcəm”, - deyə Paşinyan bildirib.

Cavabında “Hayastan” blokunun deputatı Areknaz Manukyan Kerobyanı günahlandırmadığını bəyan edib. O, nazirin verdiyi vədləri yerinə yetirməməyi Paşinyandan öyrəndiyini deyib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatda ikirəqəmli artım proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək.

Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.