07 May 2024
Nigeriyada terrorçuların hücumu nəticəsində 69 nəfər ölüb

Nigeriyada terrorçuların hücumu nəticəsində 69 nəfər ölüb

10 İyun 2020
Baxış: 596

Nigeriyanın Borno ştatında “Boko Haram” terror qruplaşmasının silahlılarının hücumu nəticəsində azı 69 nəfər ölüb.

AJM xəbər verir ki, bu barədə “Reuters” özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar Faduma Koloram kəndinə hücum ediblər. Onlar kəndə motosikletlər və avtomobillərlə hücum edib, insanlara atəş açıb, kəndi dağıdıb və 1,2 min baş dəvə və keçiləri qarət ediblər.

Teqlər: Nigeriya