07 May 2024
Nigeriyada çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artır

Nigeriyada çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artır

02 Noyabr 2021
Baxış: 532

Nigeriyanın ən böyük şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Farinloye agentliyə bildirib ki, dağntılar altından 9 nəfər sağ-salamat çıxarılıb.

Noyabrın 1-də Laqosun dəbdəbəli İkoye rayonunda tikilməkdə olan 21 mərtəbəli bina uçub. Bundan əvvəl xilasedicilər hadisə yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bəziləri ağır xəsarətlər alıb.