08 May 2024
Nigeriyada binanın uçması nəticəsində ölənlərin sayı 43 nəfərə çatdı

Nigeriyada binanın uçması nəticəsində ölənlərin sayı 43 nəfərə çatdı

05 Noyabr 2021
Baxış: 535

Nigeriyanın cənub-qərbindəki liman şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 43-ə çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, günorta saatlarında ölənlərin sayı 38-dən 43-ə çatıb. 9 nəfər sağ aşkarlanıb, onlar hazırda xəstəxanadadırlar.

Çökmə yerində kəşfiyyat işləri davam etdirilir.

Bu cümə günündən etibarən Laqos əyalətində üç günlük matəm elan edilir.

Qeyd edək ki, hadisə noyabrın 1-də baş verib. Qəzanın başvermə səbəbləri hələ müəyyən edilməyib. Binanın dağıntıları altında qalanların sayı məlum deyil.