07 May 2024
Nigeriyada bazara girən silahlı quldurlar 20 nəfəri qətlə yetirdi

Nigeriyada bazara girən silahlı quldurlar 20 nəfəri qətlə yetirdi

10 Oktyabr 2021
Baxış: 490

Nigeriyanın Sokoto ştatında 200 nəfərə yaxın silahlı şəxs bazara hücum edərək azı 20 nəfəri qətlə yetiriblər.

AJMEDİA.İNFO xəbər verir ki,İnsident nəticəsində içərisində qadın və uşaqlardan ibarət çoxlu sayda yaralıların olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, quldurlar hücumu həyata keçirəndən sonra özləri ilə müxtəlif qida məhsulları aparıb, yaxınlıqdakı evləri yandırıblar.