07 May 2024
Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçdı

Nigeriyada 800-dən çox məhbus həbsxanadan qaçdı

23 Oktyabr 2021
Baxış: 452

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

Daha əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.