14 May 2024
"Nəvəmin başına oyun açan şagird həm qohumdur, həm də..." - Təhqir olunan qızın nənəsi + VİDEO

"Nəvəmin başına oyun açan şagird həm qohumdur, həm də..." - Təhqir olunan qızın nənəsi + VİDEO

20 Fevral 2024
Baxış: 384

"Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib: "Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox firondur, onunla bacarmırlar".