14 May 2024
Netanyahunun Türkiyə və Kiprə səfəri təxirə salındı

Netanyahunun Türkiyə və Kiprə səfəri təxirə salındı

23 İyul 2023
Baxış: 436

İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə əlaqədar Türkiyə və Kiprə planlaşdırılan səfərlərini təxirə salmağa məcbur olub.

Netanyahunun sözçüsü Topaz Luk bu məlumatı təsdiqləyib.

“Baş nazirin nəzarət altında qalması tələb olunur, bu, belə tibbi müdaxilədən sonra standart prosedurdur”, - Luk bildirib.

Onun sözlərinə görə, hazırda Baş nazirin ofisi səfərlərin sentyabr ayına keçirilməsi ilə bağlı danışıqlar aparır.

Səfərlərin təxirə salınması ötən gecə Benyamin Netanyahya kardiostimulyator qoyulması əməliyyatı ilə bağlıdır və o, bir neçə həftə mütəxəssislərin nəzarəti altında olmalıdır.

Qeyd edək ki, İsrail baş nazirinin Kiprə səfəri iyulun 27-nə, Türkiyəyə səfəri isə iyulun 28-nə planlaşdırılmışdı.axar.az