14 May 2024
Netanyahudan Hizbullah AÇIQLAMASI: "Nəticə verməsə başqa yollarla hərəkət edəcəyik..."

Netanyahudan Hizbullah AÇIQLAMASI: "Nəticə verməsə başqa yollarla hərəkət edəcəyik..."

08 Yanvar 2024
Baxış: 398

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yollarla həll etməyə hazırdır.

Xarici mediaların verdiyi xəbərdə, Netanyahu fikrinin davamında aşağıdakıları söyləyib:

“Hizbullaha HƏMAS-ın son aylarda öyrəndiyi dərsi öyrənməyi təklif edirəm - heç bir terrorçu təhlükəsiz deyil. Vətəndaşlarımızı qorumaq və şimallıları sağ-salamat evlərinə qaytarmaq əzmindəyik. Əgər bu, nəticə versə, biz bunu siyasi yollarla edəcəyik. Nəticə verməsə başqa yollarla hərəkət edəcəyik”.