14 May 2024
Netanyahu Türkiyəyə SƏFƏR EDƏCƏK

Netanyahu Türkiyəyə SƏFƏR EDƏCƏK

08 Avqust 2023
Baxış: 389

“İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri gözlənilir, hazırda tarix razılaşdırılır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Türkiyədəki səfiri İrit Lilian “Posta”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər arasında münasibətlərin normallaşması prosesi davam edir: “Bizim ortaq sərhədimiz olmasa da, ancaq iki qonşu ölkə kimiyik. Əlaqələrimizdə təxminən on il böhran vəziyyəti yaranmışdı. Bizim münasibətlərimiz təkcə iki dövləti yox, bütün regionu maraqlandırır”.

Diplomat bildirib ki, hər iki ölkə terrorizmə qarşı birgə mübarizə aparır.

Qeyd edək ki, B.Netanyahunun iyun ayında Türkiyəyə səfər edəcəyi planlaşdırılırdı. Amma müəyyən səbəblərdən səfər təxirə salınmışdı.