14 May 2024
Netanyahu sülhün 3 şərtini AÇIQLADI

Netanyahu sülhün 3 şərtini AÇIQLADI

26 Dekabr 2023
Baxış: 364

Benyamin Netanyahu Qəzza zolağında münaqişəyə son qoymaq üçün üç şərt açıqlayıb. Bu, HƏMAS-ın dağıdılması, anklavın demilitarizasiyası və deradikallaşdırılmasıdır.

AJMEDİA.İNFO The Wall Street Journal-a istinadla xəbər verir ki, İsrailin Baş naziri qeyd edib:

“HƏMAS məhv edilməli, Qəzza silahsızlaşdırılmalı və Fələstin cəmiyyəti deradikallaşdırılmalıdır. Bunlar Qəzza zolağında İsrail və Fələstin arasında sülh üçün üç ilkin şərtdir”.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və bir çox başqa ölkələr İsrailin radikal Fələstin hərəkatını məhv etmək niyyətini dəstəkləyir. “Bu məqsədə çatmaq üçün onun hərbi imkanlarını aradan qaldırmaq və Qəzza zolağı üzərində siyasi üstünlüyünə son qoymaq lazımdır”, - Baş nazir qeyd edib.

Məqalədə yəhudi Baş nazir onu da qeyd edib ki, Fələstin xalqı terroru maliyyələşdirməkdənsə, ona qarşı mübarizəni dəstəkləmək üçün transformasiya edilməlidir. “Həmas məhv edildikdən, Qəzza zolağı silahsızlaşdırıldıqdan və Fələstin cəmiyyətinin deradikalizasiya prosesinə başladıqdan sonra Qəzza bərpa oluna bilər və Yaxın Şərqdə daha geniş sülh perspektivləri reallığa çevriləcək”, - Netanyahu fikrini yekunlaşdırıb.