14 May 2024
Nərimanovda intihara cəhdin qarşısı alındı

Nərimanovda intihara cəhdin qarşısı alındı

15 Oktyabr 2021
Baxış: 589

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə FHN-ə istinadən xəbər verir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.